"Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir". Müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyev bütün fəaliyyəti dövründə təhsilə bu cür yüksək dəyər verib. Aydındır ki, sağlam gələcəyin formalaşmasında təhsil sistemi olduqca böyük rola malikdir. Bu baxımdan Sumqayıt məktəbləri də ölkənin təhsil sahəsinin inkişafına çox böyük töhfələr verib və proses indi də davam etməkdədir.
Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən 6 saylı tam orta məktəbdə çəkiliş apararkən bir daha bunun şahidi olduq. Məktəbə daxil olarkən elə foyedə rastlaşdığımız və bir -birini əvəzləyən fotoguşələrə baxdıqca burada təhsilə necə önəm verildiyini gördük. Belə ki, Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və şəhidlərimizin fotolarını əks etdirən plakatlarla yanaşı məktəbdə həm də Hacı Zeynalabdin Tağıyevin həyatınının müxtəlif dönəmlərini əks etdirən guşələrin yaradılması təhsil ocağında tariximizə necə dəyər verildiyinin göstəricisi hesab oluna bilər. Siniflərdə çəkiliş apararkən dərs davamiyyətinin yerində olması, müəllimlərin aktivliyi gözümüzdən yayınmadı.
1972-ci ildən fəaliyyət göstərən 6 saylı məktəbdə yüksək keyfiyyətli təhsil üçün hər cür şərait yaradılıb. Məktəb iki növbədə fəaliyyət göstərir və 1825 şagird 67 sinifdə təhsil alır. Bundan başqa təhsil ocağında 5 məktəbəqədər hazırlıq qrupu, 1 peşə təmayüllü sinif və 1 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərir.
Adıçəkilən məktəb təhsildə öndə olmaqla yanaşı həm də şəhərin ictimai həyatında, əlamətdar günlərdə də bir sıra maraqlı tədbirlərlə yadda qalıb. Belə ki, il ərzində təhsil müəssisəsində ümummillli lider Heydər Əliyevin 100 illiyinə və "Qələbə Günü"nə həsr olunan maraqlı tədbirlər keçirilib.
Məlumat üçün bildirək ki, ötən il məktəbin 3 şagirdi məntiq olimpiadasında, 2 nəfər isə fənn müsabiqəsində şəhər mərhələsinə çıxıb. Onlar arasında hətta yarımfinal mərhələsinə qədər irəliləyən şagirdlər də olub. Respublika fənn olimpiadasında isə məktəbin 9 şagirdi şəhər mərhələsinə keçə bilib. Bütün bu uğurlarla yanaşı ötən il 6 saylı məktəbin 93 məzunun 66-sı ali məktəbə sənəd verib. Onlardan 48 nəfər şagird yüksək nəticələrlə müxtəlif universitetlərə qəbul olunub.
Uğurlu təhsilin açarı... - 6 saylı tam orta məktəbdə nələrə şahidlik etdik? - VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.