Sabah Corat qəsəbəsində 650 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Denmedia.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Sumqayıt şəhəri, Corat qəsəbəsində yeni çəkilmiş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar dekabrın 10-da 650 abonentin qaz təchizatında fasilə olacaq.
Qazın verilişi işlər tamamlandıqdan sonra bərpa ediləcək.

