Azərbaycanda hava şəraiti mürəkkəb sinoptik proseslərin təsiri altında formalaşır.
DenMedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova APA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, fevralın 3-ü axşam saatlarından etibarən ölkə ərazisinə arktik və Sibir mənşəli soyuq hava kütlələri daxil olub. Bu isə kəskin soyuma, küləyin güclənməsi, yağış və qar şəklində yağıntılarla müşayiət olunub. Aralıq dənizi siklonunun təsiri və Abşeron yarımadasında atmosfer təzyiqinin artması fonunda güclü şimal-qərb küləyi və çovğun müşahidə edilir. Bakı və Abşeronda küləyin sürəti 28 m/s-yə çatır.

