Martın 5-də Bakıda və Abşeronda dəyişkən buludlu hava gözlənilir.
Bu barədə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, bəzi vaxtlar tutulmuş olacaq və əsasən yağıntı gözlənilmir. Səhər saatlarında bəzi ətraf ərazilərdə zəif çiskin ehtimalı var. Gün ərzində arabir güclənən şimal-qərb küləyi axşama doğru cənub-şərq küləyi ilə əvəz olunacaq.
Paytaxt və yarımadada havanın temperaturu gecə 3–6° isti, gündüz 6–9° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 765 mm-ə enəcək. Nisbi rütubət gecə 75–80%, gündüz isə 65–70% təşkil edəcək.
Ölkənin bəzi bölgələrində yağış, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur. Bəzi yerlərdə yağıntıların intensiv ola biləcəyi, gecə və səhər saatlarında duman müşahidə ediləcəyi bildirilir. Qərb küləyi arabir mülayim güclənəcək.
Rayonlarda havanın temperaturu gecə 1–6° isti, gündüz 9–14° isti olacaq. Dağlıq ərazilərdə isə gecə 5–10° şaxta, gündüz -3° ilə +2° arasında dəyişəcək.

