Sabah Ramazan ayının on yeddinci günüdür. Ramazan təqviminə əsasən imsak vaxtı saat 05:40-da, iftar vaxtı saat 18:53-dür.
Denmedia.az Qafqaz Müsəlmanları İdarəsinə istinadən Ramazan ayının on yeddinci gününün iftar duasını təqdim edir:
İftar duası:
"Allahummə əhdini fihi lisalihil-ə-mal. Vəqzi li fihil-həvaicə vəl-amal. Ya mən la yəhtacu ilət-təfsiri vəs-sual. Ya alimən bima fi suduril-aləmin. Səlli əla Muhəmmədin və alihit-tahirin".
Tərcüməsi:
"İlahi, bu gün məni saleh əməllərə doğru yönəlt! Ehtiyac və arzularımı yerinə yetir! Ey izaha və suala ehtiyacsız, qəlblərdəkindən xəbərdar olan Allah! Məhəmmədə və pak əhli-beytinə sənin salavatın olsun".
Allah orucunuzu qəbul etsin!

