Sabah Ramazan ayının on dördüncü günüdür. Ramazan təqviminə əsasən imsak vaxtı saat 05:44-də, iftar vaxtı saat 18:50-dir.
DenMedia.az Qafqaz Müsəlmanları İdarəsinə istinadən Ramazan ayının on dördüncü gününün iftar duasını təqdim edir:
İftar duası:
"Allahummə la tuaxizni fihi bil-əsərat. Və əqilni fihi minəl-xətaya vəl-həfəvat. Və la təc-əlni fihi ğərəzən lil-bəlaya vəl-afat. Bi-izzətikə ya izzəl-muslimin".
Tərcüməsi:
"İlahi, bu gün səhvlərimə görə mənə qəzəblənmə! Bu gün xətalarıma göz yum! Məni bəla və afətlərə hədəf etmə! İzzətinə and verirəm, ey müsəlmanlara izzət verən Allah"!
Allah orucunuzu qəbul etsin!

