Bu gün Azərbaycanda Novruz bayramı öncəsi sonuncu çərşənbə — İlaxır Çərşənbə qeyd olunur.
Bu gün “Torpaq Çərşənbəsi” də adlandırılır və Novruz ərəfəsində ən mühüm günlərdən biri hesab edilir.
İlaxır Çərşənbə günü müxtəlif adət-ənənələr yerinə yetirilir. Bunlara qapı pusmaq, şam yandırmaq, təbriklər, fal açmaq və digər mərasimlər daxildir.
Ənənəyə görə, ailə üzvlərinin sayına uyğun şam yandırılır. Həmçinin bu gün evdən duz, su, pul, çörək, od və kibrit çıxarmağın düzgün olmadığına inanılır.

