Salyanda qadın itkin düşüb.
DenMedia.az xəbər verir ki, Salyan rayon sakini 43 yaşlı Əhmədova Sevinc Xəlil qızı martın 20-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
S.Əhmədovanın boyu 165 sm, qara uzun saçlı, arıq bədən quruluşludur. Evdən çıxan zaman əynində sarı rəngli köynək, sarı rəngli şalvar olub. Ruhi-əsəb xəstəliyindən əziyyət çəkir.
Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və ya Salyan Rayon Polis Şöbəsinə (021 254 07 85, 055 390 87 87, 055 822 30 80) məlumat vermələri xahiş olunur.


