Azərbaycan Milli Hidrometeorologiya Xidməti avqustun 7-də Abşeron yarımadasında əlverişsiz biometeoroloji şəraitin gözlənildiyi barədə xəbərdarlıq edib.
Xidmətin məlumatına görə, gündüz saatlarında bölgədə zəif şimal-şərq küləyi üstünlük təşkil edəcək.
Yüksək nisbi rütubət və istilik diskomfortu meteohəssas insanların səhhətinə mənfi təsir göstərə bilər.
Xüsusilə xroniki xəstəlikləri olan və hava dəyişikliklərinə həssas şəxslərə gün ərzində planlarını hava şəraitinə uyğun qurmaq və həddindən artıq fiziki yüklənmədən çəkinmək tövsiyə olunur.

