Martın 18-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, bəzi vaxtlar isə tutqun olacaq, əsasən yağıntı gözlənilmir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Səhər saatlarında bəzi yerlərdə çiskin ola bilər, şimal-qərb küləyi üstünlük təşkil edəcək.
Havanın temperaturu gecə 5–8° isti, gündüz isə 10–15° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət gecə 80–85 faiz, gündüz isə 65–70 faiz təşkil edəcək.
Azərbaycanın regionlarında bəzi yerlərdə yağıntı gözlənilir, dağlıq ərazilərdə qar yağacağı, duman olacağı ehtimal olunur. Şərq küləyi üstünlük təşkil edəcək və arabir güclənə bilər.
Temperatur gecə 5–10° isti, gündüz 12–17° isti, dağlarda gecə 3° şaxtadan 2° istiyə qədər, gündüz isə 7–12° isti olacaq.

