Martın 19-na olan hava proqnozuna görə, Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağıntı gözlənilmir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Günün ikinci yarısında bəzi ərazilərdə çiskin yağış ehtimalı var, gecə və səhər saatlarında isə zəif duman müşahidə olunacaq.
Külək cənub-qərb istiqamətindən əsəcək.
Havanın temperaturu gecə +5…+7°C, gündüz isə +10…+15°C təşkil edəcək. Atmosfer təzyiqi 766 mm civə sütunundan 761 mm-ə qədər azalacaq, nisbi rütubət isə 75–85% olacaq.
Regionlarda əsasən yağıntısız hava gözlənilsə də, gün ərzində bəzi yerlərdə qısamüddətli yağıntı və duman ola bilər. Şərq küləyi əsəcək.
Temperatur gecə +5…+10°C, gündüz +15…+20°C, dağlıq ərazilərdə gecə +1…+6°C, gündüz isə +8…+13°C olacaq.

