Avqustun 25-də Bakı və bir sıra rayonlarda elektrik şəbəkələrində təmir işləri aparılacaq.
“Azərişıq”dan verilən məlumata görə, işlər elektrik təchizatının keyfiyyətinin yüksəldilməsi və artan enerji tələbatının qarşılanması məqsədilə həyata keçirilir.
Təmir işləri ilə əlaqədar Bakının bəzi ərazilərində, həmçinin Beyləqan, Cəlilabad, Ağdaş, Tərtər, Yevlax, Bərdə, Göyçay və Goranboy rayonlarının bir sıra yaşayış məntəqələrində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət və fasilələr olacaq.
Yasamal rayonu: saat 10:00-dan 13:00-dək Moskva və Mətbuat prospektlərinin, eləcə də Mirəli Seyidov, Abdulla Şaiq, Şamil Əzizbəyov, Zərgərpalan, Mustafa Sübhi, Məhəmməd Naxçıvani və Fuad İbrahimbəyli küçələrinin bir hissəsində məhdudiyyət tətbiq ediləcək.
Nərimanov rayonu: saat 09:00-dan 13:00-dək akademik Həsən Əliyev, Xan Şuşinski, Səməd Vurğun və Mövsüm Sənani küçələrinin bəzi hissələrində, həmçinin 1 saylı “ASAN xidmət” mərkəzi və Tibb Universitetinin Onkoloji Klinikasında elektrik enerjisinin verilişində fasilə gözlənilir.
Beyləqan rayonu: saat 10:00-dan 16:30-dək Bahar, Qəhrəmanlı, Mil, Milabad, Sarısu, Şərq, Türklər, Yeni Mil və digər yaşayış məntəqələrində planlı fasilələr olacaq.
Cəlilabad rayonu: saat 12:00-dan 15:00-dək Göytəpə şəhərinin bir hissəsi və bir sıra kəndlərdə “Göytəpə” hava xəttində aparılan təmir işləri səbəbindən məhdudiyyət tətbiq ediləcək.
Ağdaş rayonu: saat 10:00-dan 14:00-dək Ləki qəsəbəsi və ətraf kəndlərin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Tərtər rayonu: saat 10:00-dan 14:00-dək Evoğlu və İsmayılbəyli kəndlərində elektrik xətlərinə toxunan ağacların budanması ilə əlaqədar fasilələr olacaq.
Yevlax rayonu: saat 10:00-dan 12:00-dək şəhərin bəzi küçələrində, saat 10:00-dan 15:00-dək isə rayonun bir sıra kəndləri və Meyvəli qəsəbəsində elektrik enerjisinin verilişi dayandırılacaq.
Bərdə rayonu: Alpoğut, Bacırəvan, Çələbilər, Əliyanlı, Əmirli, Ərəb və digər yaşayış məntəqələrinin bir hissəsində elektrik xətlərinin yaxınlığındakı ağacların budanması ilə əlaqədar məhdudiyyətlər tətbiq olunacaq.
Göyçay rayonu: saat 10:00-dan 13:00-dək Cəyirli, Çayarxı və Kürdəmiş kəndlərinin bəzi ərazilərində fasilə olacaq.
Goranboy rayonu: saat 09:00-dan 15:00-dək Balakürd kəndi və Qızılhacılı qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində fasilələr gözlənilir.
“Azərişıq” bildirib ki, işlər başa çatdıqdan sonra qeyd olunan ərazilərdə istehlakçılar daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

