Sentyabrın 17-də Bakının Yasamal rayonunda, eləcə də Abşeron, Ağdaş, Göyçay və Bərdə rayonlarında elektrik enerjisinin verilişində lokal fasilələr yaranacaq.
Bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, məhdudiyyətlər planlı təmir işlərinin aparılması ilə əlaqədardır.
Yasamal rayonunda saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Arif Mehdiyev, Nəriman Nərimanov küçələrində və Yeni Yasamal-2 yaşayış kompleksində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Abşeron rayonunda saat 09:00-dan 11:00-dək Mehdi Hüseynzadə, Nizami və Səməd Vurğun küçələrində, həmçinin Bakı–Sumqayıt magistralı boyunca bəzi abonentlərin elektrik enerjisi ilə təchizatı dayandırılacaq.
Ağdaşda saat 10:00-dan 14:00-dək Aşağı Ləki, Bulaqotağı, Ərəb, Hapıtlı, Hüşün, Kükəl, Qaragan Sədi, Qaragan Şıxlar, Orta Ləki, Ovçulu və Yuxarı Qəsil kəndlərində elektrik enerjisinin verilişində fasilələr olacaq.
Göyçayda saat 10:00-dan 15:00-dək Qızılağac, Molla Hacılı və Şəkili kəndlərində məhdudiyyət tətbiq ediləcək.
Bərdədə isə təmir işləri ilə əlaqədar saat 10:00-dan 15:00-dək Çələbilər, İbişli, Məşədi, Mollalı və Nifçi kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq.
Daha əvvəl Cəlilabad və Biləsuvarın bəzi kəndlərində də elektrik enerjisinin verilişində məhdudiyyətlərin olacağı bildirilmişdi.
“Azərişıq” ASC qeyd edib ki, işlər başa çatdıqdan sonra göstərilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

