Sentyabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli zəif yağış yağacağı və duman olacağı ehtimal edilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20–22, gündüz 27–30 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı və şimşək çaxacağı gözlənilir.
Rayonlarda temperatur gecə 17–21, gündüz 29–34 dərəcə, dağlarda isə gecə 8–13, gündüz 20–25 dərəcə isti olacaq.

