“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, Azərbaycanın gələn il sosial müdafiə və sosial təminat xərcləri 4 542 232 496,0 manat olacaq. Bu da 2023-cü illə müqayisədə 5,2 faiz çoxdur. Belə ki, ötən il sosial müdafiə və sosial təminat xərcləri üçün büdcədə 4 315 933 969,0 manat nəzərdə tutulub. Bəs, pensiyaların artımı gözlənilirmi?
Den.az Bizim.Media-ya istinadən xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli, 5 faizlik artımın gözlənilən çərçivədə olduğunu bildirib:
“Bu da onu deməyə əsas verir ki, sosial yardımların və təqaüdlərin verilməsində təqribən 5-8 faizlik, bəlkə də 10 faizə yaxın artım müşahidə oluna bilər”.
Ekspert pensiyaların artım tempi ilə gözləntilər arasındakı fərqə də diqqət çəkib:
“Bu cür artım, təbii ki, gözləntilərə cavab vermir. Ona görə ki, gözləntilər sosial yardım və təqaüdlərin kəskin artımı istiqamətindədir. Amma bunun baş verməsi üçün elə də böyük imkan yoxdur.
İstənilən halda sosial xərclərin 5 faiz də olsa artması yaxşı xəbərdir. Bu həcm parlamentdə büdcə müzakirələri zamanı bir az da artırıla bilər. Yəni, 2024-cü ilin dövlət büdcəsində sosial xərclərin artırılması sosial yardımların və təqaüdlərin artımına təsir göstərə biləcək mühüm amildir”.
2024-cü ildə pensiyalar nə qədər ARTIRILACAQ? – AÇIQLAMA

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.