12 
fev
2024
12:36
106

Bakıda 16, bölgələrdə 22 dərəcə isti olacaq - PROQNOZ

12 fev, 2024
12:36
106

Bakıda 16, bölgələrdə 22 dərəcə isti olacaq - PROQNOZ

Fevralın 13-ə gözlənilən hava proqnozu açıqlanıb

Milli Hidrometeorologiya Xidmətindən Den.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 11-16° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.




Bizimlə əlaqə saxlayın

Çox oxunanlar