“KTMT ölkələrindən Suriya məsələsi ilə bağlı sorğuya yalnız Ermənistan cavab verdi. Ancaq biz tək qaldıq”.
Den.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Biz 2019-cu ildə Suriyaya bir qrup həkim və istehkamçı göndərdik. Çünki müttəfiqimiz bizdən xahiş etdi və köməyə ehtiyac olduğunu bildirdi. Biz yeganə KTMT ölkəsi idik ki, müttəfiqimizin xahişinə cavab verdik. Beləcə öz müqavilə öhdəliklərimizə münasibətimizi göstərdik. Halbuki həm o vaxt, həm də indi Ermənistanı Qərbin marioneti adlandırırdılar. Ancaq həmin vaxt Qərb bizdən missiya göndərməməyi xahiş edirdi. İndi biz geri çəkilmək qərarına gəldik və düzgün olanı etdik. Təəssüf ki, bütün müttəfiqlərin ideyaları bizim mövcud maraqlarımıza uyğun gəlmir. Heç kimin bizi nədəsə ittiham etməyə haqqı yoxdur. Biz bütün müttəfiqlik öhdəliklərimizi yerinə yetirdik. Lakin bizə münasibətdə adekvat addım atılmadı və tək qaldıq. Belə bir fikir var ki, bizə xəyanət edilib. Mənim bu fikiri səsləndirənləri inandırmağa əks arqumentim yoxdur”, – deyə Paşinyan vurğulayıb.
Günəş Fərəh
Den.az
“KTMT ölkələrindən Suriya məsələsi ilə bağlı sorğuya yalnız Ermənistan cavab verdi" - Paşinyan

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.