“İsrail Qəzza, Livan və İranla regional münaqişənin yeni mərhələsinə hazırlaşır”.
DenMedia.az xəbər verir ki, bu barədə “Ynet” nəşri məlumat yayıb.
Qeyd edək ki, İsrail ordusu noyabrın 22-də Qəzzada HƏMAS-ın yüksək rütbəli komandirini hədəfə alıb və Livanın Bekaa vadisində “Hizbullah”a aid mövqelərə hava zərbələri endirib.
Təl-Əviv şimal cəbhəsində hücumların gücləndirilməsini Livan hökuməti və ordusunun atəşkəsə nəzarət edə bilməməsi, “Hizbullah”ı cilovlaya bilməməsi ilə izah edir.(Globalinfo.az)

