Bakı metrosunda bu gün baş verən hadisə zamanı çağırış əsasında hadisə yerinə 21 təcili tibbi yardım briqadası göndərilib.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Qeyd edilib ki, təcili tibbi yardım briqadaları tərəfindən 2 nəfər (qadın) - 25 həftəlik hamilə qadın və sağ çiynin travması diaqnozu təyin olunan 43 yaşlı şəxs Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
9 nəfərə arterial hipertenziya və stresə qarşı reaksiya səbəbi ilə yerində yardım göstərilib".
Qeyd edək ki, bu gün saat 12:10 radələrində “Ulduz–Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb. Hadisə səbəbindən metro stansiyalarına girişə müvəqqəti məhdudiyyət qoyulub, “Ulduz” və “Nərimanov” stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilib, qatarların “Nərimanov–Əhmədli” istiqamətində hərəkəti isə məhdudlaşdırılıb.

