Azərbaycan Prezidenti İlham Əliyevə Kiyev Milli İnşaat və Memarlıq Universitetinin fəxri doktoru adı verilib.
Bu barədə Azərbaycanın Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Qərar universitetin Elmi Şurası tərəfindən qəbul edilib. Bildirilib ki, bu ad təhsil, elm, şəhərsalma sahələrinin inkişafına verilən töhfələrə, eləcə də Ukrayna-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi istiqamətində göstərilən səylərə görə təqdim olunub.
Fəxri doktor diplomu WUF13 çərçivəsində Ukrayna nümayəndə heyətinin Bakıya səfəri zamanı Azərbaycanın elm və təhsil nazirinin müavininə təqdim edilib.

