Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinin məlumatına görə, satınalma Hemofiliya üzrə Tədbirlər Proqramı çərçivəsində həyata keçiriləcək.
Layihənin gözlənilən ümumi dəyəri 16 milyon 993 min manat təşkil edir. Satınalma çərçivəsində hemofiliya xəstələrinin müalicəsində istifadə olunan VIII və IX laxtalanma faktorlarını ehtiva edən dərman preparatlarının alınması planlaşdırılır.
Siyahıya müxtəlif dozada olan preparatlar daxildir. Bunlar arasında “Oktanat” (Oktanat), “Novoeyt” (NovoEight), “Nuvig” və “Oktanin F” dərmanları yer alır.
Qeyd edək ki, hemofiliya irsi qan xəstəliyi hesab olunur. Bu xəstəlik zamanı qanın laxtalanma prosesi pozulur və nəticədə pasiyentlərdə müxtəlif qanaxmalar baş verə bilər. Dövlət proqramı çərçivəsində bu xəstələrin dərman təminatı mütəmadi şəkildə həyata keçirilir.

