"Zəngəzur məsələsində kənarda qalmayacağıq”
Denmedia.az xəbər verir ki, bunu İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının üzvü Baqiri Kəni bildirib.
O qeyd edib ki, Zəngəzur dəhlizi İranın diqqətdən kənarda qala bilməyəcəyi məsələdir.
Onun sözlərinə görə, xarici dövlətlərin, xüsusilə ABŞ-nin bölgə ölkələrinin maraqları bahasına mənfəət əldə etmək üçün müdaxiləsi nə İran, nə də digər ölkələr üçün qəbuledilməzdir.
Baqiri vəziyyətin bütün region ölkələrinə birbaşa və dolayı təsir göstərəcəyini vurğulayıb, Rusiyanın artıq mövqeyini bildirdiyini və digər dövlətlərin də cavabsız qalmayacağını qeyd edib.(publika.az)