Avropa İttifaqı və Ukrayna Kiyevin birliyə üzvlüyü ilə bağlı danışıqların ilk mərhələsinə başlayıb. Bu barədə Avropa Şurasının sədri Antoniu Koşta “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, ilk görüş Lüksemburqda keçiriləcək hökumətlərarası konfrans çərçivəsində baş tutacaq.
“Bu gün biz Ukraynanın Aİ-dəki gələcəyinə doğru tarixi addım atırıq və onun üzvlüyü ilə bağlı rəsmi danışıqları açırıq”, — Koşta yazıb.
Ukraynanın Aİ-yə üzvlük prosesi Kiyev üçün siyasi və strateji baxımdan mühüm mərhələ hesab olunur.

