İran Prezidenti Məsud Pezeşkian Tehranın region ölkələri ilə münasibətlərinin yaxşılaşdığını bildirib və Azərbaycanla əməkdaşlığı xüsusi vurğulayıb.
İran prezidentinin açıqlamasına görə, əvvəllər Bakı tərəfindən bəzi marşrutlar bağlanmış, İran bankının fəaliyyəti də dayandırılmışdı. Lakin tərəflər arasında aparılan danışıqlardan sonra vəziyyət dəyişib.
Pezeşkian bildirib ki, Azərbaycan tərəfi ilə təxminən iki saatlıq telefon danışığından sonra bankın və səfirliyin fəaliyyəti bərpa olunub, marşrutlar yenidən açılıb.
İran lideri Azərbaycanın müharibə dövründə Tehrana yardım etdiyini də deyib. Onun sözlərinə görə, Azərbaycan müxtəlif marşrutlar üzrə, o cümlədən Rusiyadan tədarüklərin çatdırılmasında və digər zəruri məsələlərdə İrana dəstək göstərib.
Pezeşkian Pakistan, Əfqanıstan, Türkmənistan və İraqla əməkdaşlığı da müsbət qiymətləndirib. O bildirib ki, xüsusilə Əfqanıstan və Pakistan terrorçu və separatçı qrupların İran ərazisinə keçməsinin qarşısının alınmasına kömək edib.

