sen
2023
16:42
863

Bakı Rusiyanın Qarabağ erməniləri üçün göndərdiyi ərzaq dolu TIR-ı Qarabağa niyə buraxır? İLGİNC DETALLAR

9 sen, 2023
16:42
863

Bakı Rusiyanın Qarabağ erməniləri üçün göndərdiyi ərzaq dolu TIR-ı Qarabağa niyə buraxır? İLGİNC DETALLAR - FOTO

"Rusiya Qarabağ erməniləri üçün ərzaq dolu TIR göndərir. İndiki məqamda bu mühüm və müsbət bir addımdır" 

Bu sözləri "Den.az"-a aşıqlamasında Politoloq Turan Rzayev bildirib.



Birincisi, təşəbbüs Rusiya hökumətindən gəlsə də, Azərbaycan ilə müvafiq danışıqlar aparıldıqdan sonra icazə verilib. Müqayisə üçün deyim ki, nə Ermənistan, nə də Fransa Qarabağ erməniləri üçün ərzaq dolu TIR göndərərkən bənzər icazəni almamış buna görə də rəsmi Bakı həmin TIR-ın Azərbaycana girişinə icazə verməmişdi.

İkincisi, Rusiyanın göndərdiyi TIR Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən Xankəndiyə gedir.


Yəni Rusiya təkcə Azərbaycan qanunvericiliyinə deyil, həm də əməkdaşlıq memorandumuna əsasən bu yardımı edir.

Üçüncüsü, Rusiyanın göndərdiyi TIR Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə Xankəndi şəhərinə çatdırılacaq. Bu rəsmi Bakının başından bəri irəli sürdüyü əsas şərt idi. Yəni humanitar yüklər Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə çatdırıla bilər.


Fransa və Ermənistan da Azərbaycana müraciət edəcəkləri təqdirdə Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə humanitar yükləri Xankəndiyə göndərə bilər.


Bu hadisə ermənilərin blokada iddialarını çürütdüyü kimi Bakının verdiyi sözlərə sadiq olduğunu bir daha sübut edir-deyə Turan Rzayev bildirib.


Den.az 


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar