okt
2023
21:11
263

Moskvadan Paşinyana XƏBƏRDARLIQ: "Müddəanı reallaşdır, yoxsa Azərbaycan və Türkiyə bunu zorla edəcək"

6 okt, 2023
21:11
263

Moskvadan Paşinyana XƏBƏRDARLIQ: "Müddəanı reallaşdır, yoxsa Azərbaycan və Türkiyə bunu zorla edəcək"

"Rusiya Qarabağdan çıxmasını Ermənistanla o səbəbdən müzakirə etmək istəyə bilər ki, hərbçilərini Laçın yolu ilə ora aparsın. Ermənistan vasitəsilə Rusiyaya qayıtmaq məntiqli görünmür, çünki bunu Azərbaycan ərazisi ilə daha asan həyata keçirmək olar. Məsələn, Xocalıdakı hava limanı normal vəziyyətdədirsə, oraya, uyğun durumda deyilsə, Füzuli hava limanına hərbi nəqliyyat təyyarələri göndərmək mümkündür. Yaxud Azərbaycanın avtomobil və dəmir yolları şəbəkəsi vasitəsilə çıxış əməliyyatını gerçəkləşdirmək mümkündür. Bakı buna şərait yaradar".

Bu fikirləri "Den.az"a açıqlamasında politoloq Şahin Cəfərli səsləndirib. O bildirib ki, Rusiyanın Cənubi Qafqazı tərk etmək istəmədiyi aydındır: "Moskvanın əsl niyyəti bu ola bilər ki, Ermənistanda hərbi mövcudiyyətini gücləndirsin və Qarabağdan çıxacağı halda, Ermənistan-Azərbaycan sərhəd xəttinə, yaxud Zəngəzura yerləşsin. Bilirsiniz ki, 10 noyabr Bəyanatında Zəngəzurdan keçəcək nəqliyyat kommunikasiyasına Rusiyanın nəzarət etməsi əksini tapıb. İndi Moskva Paşinyana deyə bilər ki, bu müddəanı xoşluqla reallaşdırmaq məsləhətdir, əks halda Azərbaycan və Türkiyə bunu zorla edəcək. Paşinyan buna razı olarmı? Çətin görünür. Üstəlik, son hadisələrdən sonra 10 noyabr Bəyanatı, faktiki, deaktiv oldu və ümumən Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli formatı problemlərin həllində mühüm platforma kimi sıradan çıxmasa belə, əvvəlki çəkisini itirdi. Bütün bu detallar çox önəmli olmaqla bərabər, yayılan xəbərdə əsas məqam Rusiya hərbi kontingentinin Qarabağı - Azərbaycanı tərk etməsi ilə bağlı hissədir. Ermənistan MN Rusiya nümayəndə heyətinin səfəri barədə məlumatı təkzib etsə də, bəllidir ki, TASS adətən Rusiya rəsmi mənbələrinə istinadən xəbər yayır, yəni informasiyanın siyasi hissəsi böyük ehtimalla doğrudur", - deyə politoloq fikirlərini tamamlayıb.

Günəş Fərəh,

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar