İstanbulda Rusiyanın Slaughter to Prevail və Polşanın Behemoth qruplarının konsertləri ləğv edilib.
Bu barədə DenMedia.az Beşiktaş rayon idarəsinin qərarına istinadla məlumat yayıb.
Hazırda ABŞ-da fəaliyyət göstərən rus detkor qrupunun çıxışı 10 fevral saat 21:30-da, polşalı blek-det kollektivinin konserti isə 11 fevral saat 21:30-da Zorlu PSM İncəsənət Mərkəzində keçirilməli idi.
Rayon rəhbərliyinin açıqlamasında bildirilib ki, sözügedən tədbirlər ictimai dəyərlərlə uyğun gəlmədiyi üçün cəmiyyətin müxtəlif təbəqələri arasında narazılıq doğurub. Bu səbəbdən 10 fevral saat 00:01-dən 11 fevral saat 23:59-dək Zorlu PSM ərazisində istənilən konsert, festival və kütləvi pullu tədbirlərin keçirilməsi qadağan olunub.
Məlumata görə, alınmış biletlərin pulu tamaşaçılara standart qaydalar çərçivəsində geri qaytarılacaq.

