90-cı illərin yadda qalan səslərindən olan Cansever bir neçə gün əvvəl sağlamlıq vəziyyəti ilə bağlı narahatlıq doğuran açıqlama vermişdi. Lösemi ilə mübarizə apardığını bildirən sənətçi üçün donor axtarışı başlanmışdı.

Almaniyada yaşayan müğənni daha əvvəl açıqlamasında xəstəliyi ilə bağlı belə demişdi:
“Mətbuatda da eşitdiyiniz kimi mənə lösemi diaqnozu qoyuldu. Ona görə bu paylaşımı edirəm. Hər şey çox yaxşı olacaq. Almaniyadayam, həkimlərim çox yaxşıdır. Cümə günü kimyaterapiyaya başlayacağam. Allahın adı ilə və sizin dualarınızla inşallah…”
Vəziyyətin kritik mərhələyə çatması ilə ilik donoru axtarışı aparılırdı və uyğun donor tapılacağı təqdirdə bu ay ilik köçürülməsi əməliyyatı planlaşdırılırdı.
Nəhayət, sənətçi sosial media hesabında sevindirici xəbəri açıqlayıb:

“Canlarım donor tapıldı. Allahın izni ilə 18 mart xəstəxanaya yerləşəcəyəm. 29 mart ilik köçürülməsi ediləcək. Siz sadəcə dua edin, hər şey yaxşı keçsin…”
Daha sonra xəstəxana yatağından paylaşım edən Cansever əməliyyat öncəsi pərəstişkarlarından dua istəyib:
“Yuxusuz gecələrin səhərini mənə sor. Xəstəxanada zaman keçmir amma səbr edəcəyik. 26 mart ilik köçürülməsi ediləcək. Sevənlərimdən dua gözləyirəm. İnşallah hər şey yaxşı keçsin.”

