İstanbulun Sarıyer rayonu, Maslak məhəlləsində 40 mərtəbəli binanın 16-cı mərtəbəsindən düşərək həyatını itirən prodüser Erol Köse üçün Zincirlikuyu məscidində vida mərasimi keçirilib.
Mərasimdə sənət dünyasından Hande Yener, Ömür Gedik, Ferhat Göçer və Hakan Peker iştirak edib. Lakin ümumilikdə məşhurların iştirakı az olub.

Atasını son yolçuluğa yola salan Dijan Nazlan Köse göz yaşlarına hakim ola bilməyib.
Hande Yener onu qucaqlayaraq sakitləşdirməyə çalışıb. Mərhum üçün ikindi namazından sonra cənazə namazı qılınıb.
VASİYYƏTİ ORTAYA ÇIXDI

Hadisədən sonra aparılan araşdırma zamanı Erol Kösenin evində əl yazısı ilə yazılmış qeyd tapılıb.
“ALS xəstəliyimə görə məcbur idim. Məsuliyyət mənimdir. Pişiyimə yaxşı baxın.”
Bu sözlər hadisənin arxasında şəxsi səbəblərin ola biləcəyinə işarə edir.

Cənazədən sonra Hande Yener sosial mediada paylaşım edərək bildirib:“Erol Köse karyerama çox töhfə verib. Onu həmişə yaxşı xatırlayacağam… "Kaş belə olmasaydı" deməkdən başqa söz tapa bilmirəm.”

