Sosial media fenomeni Berfu Yenenler üçüncü dəfə ana olmağa hazırlaşdığını, lakin hamiləliyinin 12-ci həftəsində yaranan ağırlaşmalar səbəbindən körpəsini itirdiyini açıqlayıb.
O, kədərli xəbəri sosial şəbəkə hesabında paylaşaraq hazırda səhhətinin yaxşı olduğunu bildirib.
2019-cu ildə Eser Yenenlerlə ailə quran və iki uşaq anası olan Berfu Yenenler bir müddətdir ictimaiyyətdən uzaq qalmasının səbəbini də açıqlayıb.
Yenenlerin sözlərinə görə, hamiləlik dövründə yaranan ciddi fəsadlar səbəbindən hamiləlik 12-ci həftədə başa çatıb.

“Çox şükür, mən sağlamam, hamımız yaxşıyıq”, — deyə o qeyd edib.
Berfu Yenenler oğulları Kuzey və Metenin baş verənlərdən xəbərsiz olduğunu, ailəlikcə bu çətin dövrü geridə qoymağa çalışdıqlarını bildirib.

