“Uzak Şehir” serialının yeni mövsümündə aktyor heyətinə Onur Özaydın qoşulacaq.
Birsen Altuntaşın məlumatına görə, aktyor serialda Alyanın ilk sevgisi Enver obrazını canlandıracaq və hekayəyə 64-cü bölümdən etibarən daxil olacaq.

Budapeştdə yaşayan və dəbdəbəli restoran sahibi olan Enver güclü intuisiyaya malik, özünəinamlı və xarizmatik bir obraz kimi təqdim ediləcək. Onun gəlişinin serialdakı münasibətlərə və mövcud tarazlığa ciddi təsir göstərəcəyi gözlənilir.
Budapeştdə aparılacaq çəkilişlərin isə 15–20 avqust tarixlərində keçirilməsi planlaşdırılır.

