TRT 1-in sevilən “Teşkilat” serialı yeni mövsüm hazırlıqlarını davam etdirərkən aktyor heyətinə diqqətçəkən bir ad daxil edib. Rabia Soytürkün layihədən ayrılmasından sonra Tolqa Sarıtaşın yeni qadın tərəf müqabili müəyyənləşib.

“Teşkilat” 7 iyunda yayımlanan mövsüm finalından sonra efirə fasilə vermişdi. Rabia Soytürkün serialla vidalaşmasından sonra yeni mövsümdə qadın baş rolu kimin canlandıracağı maraqla gözlənilirdi.
Birsen Altuntaşın məlumatına görə, son olaraq “Organize İşler: Sazan Sarmalı” layihəsində rol alan Bensu Soral “Teşkilat”ın aktyor heyətinə qoşulub.
Soral serialda “Azra” obrazını canlandıracaq və Tolqa Sarıtaşın həyat verdiyi Altay obrazının tərəf müqabili olacaq.
Yeni mövsüm çəkilişlərinin 25 avqustda başlaması planlaşdırılır.
Serialın yeni mövsümündə tamaşaçıları daha bir mühüm dəyişiklik gözləyir. Hekayədə zaman sıçrayışının olacağı və Altayın həyatının fərqli istiqamətə yönələcəyi bildirilir.
İddialara görə, Altay yeni mövsümdə tamaşaçı qarşısına evli kişi kimi çıxa bilər. Bununla belə, bu detal hələlik rəsmi şəkildə təsdiqlənməyib.
TRT 1 ekranlarında yayımlanan “Teşkilat” 7 iyunda nümayiş olunan mövsüm finalı ilə efirə fasilə vermişdi.

Mövsüm finalında Rabia Soytürkün serialla vidalaşmasından sonra yeni mövsümdə yer alacaq qadın baş rol aktrisasının kimliyi dəqiqləşib.

