Mustafa Sandalın həyat yoldaşı Melis Sütşurup Sandal fondlarla bağlı aparılan istintaq çərçivəsində onun haqqında səsləndirilən milyardlarla lirəlik qazanc iddialarına münasibət bildirib.
İstanbul Respublika Baş Prokurorluğunun Terrorizmin Maliyyələşdirilməsi və Çirkli Pulların Yuyulması Cinayətlərinin Araşdırılması Bürosu tərəfindən aparılan fond istintaqında Melis Sütşurup Sandalın da adı hallanıb.
Məlumata görə, istintaq çərçivəsində Melis Sütşurup Sandal və atasının əmlakına həbs qoyulub, barələrində saxlanılma qərarı çıxarılıb. Sandalın araşdırılan fondlardan 11 milyard TL qazanc əldə etdiyi iddia olunub.
Melis Sütşurup Sandal açıqlamasında hazırda Dubayda olduğunu təsdiqləyib. O, Dubayda olmasının istintaqla əlaqəsi olmadığını, oğlunun təhsili səbəbindən ötən ildən bəri burada yaşadığını bildirib.
Yeni Şafak müxbiri Burak Doğana danışan Sandal digər investorlar kimi sözügedən fondlara yatırım etdiyini təsdiqləyib. Lakin mediada yayılan 11 milyard TL-lik məbləğin həqiqəti əks etdirmədiyini deyib.
O, əvvəlcədən məlumat alaraq pulunu fonddan çıxardığı barədə iddiaları da rədd edib. Sandalın sözlərinə görə, hesab hərəkətləri araşdırıldıqda vəziyyət aydın olacaq. O, prokurorluq ifadəsinə müraciət edərsə, lazımi açıqlamaları verəcəyini bildirib.
Sandal 1 iyul–16 sentyabr tarixlərində fondla bağlı əməliyyatlar apardığını, fondlara məhdudiyyət qoyulmasından cəmi bir gün əvvəl isə yenidən yüksək məbləğdə investisiya etdiyini deyib. Onun sözlərinə görə, fondların bağlanmasından sonra həmin pul içəridə qalıb.

Sandal bunu əvvəlcədən məlumat əsasında hərəkət etmədiyinin və qanunsuz qazanc əldə etmədiyinin göstəricisi kimi təqdim edib.
İlk dəfə fonddan pulu nə vaxt çıxardığı barədə suala isə dəqiq tarixi xatırlamadığını, bunun iyul ayında ola biləcəyini, hesab çıxarışını görmədən konkret tarix söyləmək istəmədiyini bildirib.
O, fond böhranının üzə çıxmasından bir gün əvvəl yenidən pul yatırdığını vurğulayaraq özü də ciddi maddi zərərə məruz qaldığını və prosesdən haqsız qazanc əldə etmədiyini söyləyib.

