14 
sen
2023
13:21
689

Masazırda 40 yaşlı qadın sevgilisi tərəfindən döyülərək öldürülüb? ŞOK İDDİA -ATASI DANIŞDI FOTO/VIDEO

14 sen, 2023
13:21
689

Masazırda 40 yaşlı qadın sevgilisi tərəfindən döyülərək öldürülüb? ŞOK İDDİA -ATASI DANIŞDI FOTO/VIDEO

Abşeronda 40 yaşlı qadının döyülərək öldürüldüyü iddia olunub. 

“Den.az”-ın yerli bürosu xəbər verir ki, ötən gün axşam saatlarında Masazır qəsəbəsində evlərin birində 40 yaşlı  Səbinə Rzayevanın üzərində zorakılıq əlamətləri olan meyitinin aşkarlanması barədə polisə məlumat daxil olub.

Mərhumun atası Cavad Rzayev bildirib ki, qızı ingilis təhsilli olsada 1 gün belə tədris etməyib. Ailə qurduqdan 6 ay sonra boşanıb və ondan 1 oğlu dünyaya gəlib.. Lakin çox keçmədən qızı Bakıda bir oğlanla tanış olub. Onunla ara-sıra yaşayn Səbinə Rzayeva həmin vaxtdan narkotik maddələrin təsiri altına düşüb. Ən dəhşətlisidə budur ki, qadın övladından ayrı elə ata evinin həyətində əl damında gecələyirmiş. Sonuncu dəfə tanışının evindən gələn qadının ölümcül döyüldüyü məlum olub. Elə hər şeydə bundan sonra baş verib. Qadının ölümündən oğlunun hələdə xəbəri yoxdur.

“Döyülməkdən ölüb. Gedib onun yanında qalırdı. 2 aydan bir gəlirdi evə. Uşağı görürdü. 5-3 manat verirdi  yalandan.Çün ki, o orda qaldığı adamla narkotik satırdılar, alırdılar. 20 ildir e mənim başıma oyun gətirir bu adam.Qərb universitetin bitirdi, ailə qurdu boşandı və belə oldu. Polisə düşdü, dəlixanaya düşdü. Çox hadisələr oldu. Döyüldü. Zəng vurdular ki, ağırdı taksi ilə gətirdilər bura. Necə vurubsa bunu. Aldığı zərbələrdən öldü. 10 ildir uşaq bizim himayımizdədir”- deyə mərhumun atası bildirib. 

Qonşuların verdiyi məlumata görə, Səbinə Rzayeva ingilis dilini mükəmməl bilirmiş. Sadəcə narkotik maddələr onu pis vərdişlərə düçar edib.

DİN-dən verilən məlumata görə, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş qadına qarşı cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

 

 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar