21 
apr
2024
23:20
154

Rusiyadan ev almağa gələn azərbaycanlını Bakıda belə aldatdılar – TƏFƏRRÜAT-VİDEO

21 apr, 2024
23:20
154

Rusiyadan ev almağa gələn azərbaycanlını Bakıda belə aldatdılar – TƏFƏRRÜAT-VİDEO

Azərbaycana köçmək üçün sosial şəbəkə üzərindən ev almaq istəyən şəxs aldadılıb.

Bu barədə Den.az-a zərərçəkmişin özü Günel Əhmədova məlumat verib.

O, iddia edib ki, internetdə ev elanı görüb .Elanda yerləşdirilən nömrə ilə əlaqə saxlayıb. Özünü MİDA-nın əməkdaşı kimi təqdim edən Məmməd Həsənovla görüşdükdən sonra evə baxmağa razılığa gəliblər: "MAYIN 24-DƏ 2 ÖVLADIMLA AZƏRBAYCANA GƏLMİŞƏM. EV ALMAQ NİYYƏTİ İLƏ. ƏLİMDƏ 30 MİN PULUM VARDI. SOSİAL ŞƏBƏKƏDƏ ARAŞDIRMA APARANDA QARŞIMA BİR MƏNZİL ÇIXDI. YENİ YASAMAL , MİDA MƏNZİLLƏR, AZTƏMİNATLILARA GÜZƏŞTLİ KREDİT. İLKİN ÖDƏNİŞ 8 MİNDƏN BAŞLAYIRDI. ORA QEYD EDİLƏN NÖMRƏYƏ ZƏNG ETDİM.ÖZÜNÜ MİDA ƏMƏKDAŞI KİMİ TƏQDİM ETDİ.RAZILAŞDIQ BİZƏ EVİ GÖSTƏRDİLƏR, EVƏ BAXDIQ VƏ ALACAĞIMI DEDİM". 

Günel Əhmədova bildirib ki,ona 30 min manat dəyərində ziyan dəyib: "İYUNUN 1-DƏ MÜQAVİLƏ BAĞLANDI.BU ŞƏXS BİLDİRMİŞDİ Kİ SİZİN İLLİN ÖDƏNİŞ PULUNUZ BANKDA QALACAQ.SİZİN İCAZƏNİN OLMADAN O PULU HEÇ KİM ÇIXARA BİLMƏYƏCƏK. BİR DƏ NOTARİUSDA MÜQAVİLƏ BAĞLANACAQ. İMZAMI ATIRAM .HƏMİN DƏLƏDUZ HƏSƏNOV MƏMMƏD ƏBULFƏZ OĞLU MƏNƏ BİLDİRMİŞDİ Kİ, 6 GÜNDƏN SONRA ASAN XİDMƏTDƏ BİZ SİZİ QEYDİYYATA SALACAĞIQ.YA SİZƏ SMS GƏLƏCƏK YA ZƏNG OLUNACAQ. 6 GÜN SONRA MƏNƏ SMS , ZƏNG GƏLMƏDİ .YIĞDIM BU ŞƏXSİ.SONRA ŞÜBHƏLƏNDİM.ASAN XİDMƏTƏ ÖZÜM ZƏNG ELƏDİM. MƏNƏ DEDİLƏR SİZ MİDA MƏNZİLLƏRDƏN EV ALMAMISIZ, SİZ BU ŞƏXSƏ BORCA PUL VERMİSİZ". 

Özünü MİDA-nın əməkdaşı kimi təqdim edən Məmməd Həsənovla əlaqə saxlamağa çalışdıq. Nə özünə nə də vəkilinə zəng çatmadı. Günel Əhmədova qarşılaşdığı problemlə bağlı Nərimanov rayon 18-ci Polis bölməsinə də şikayət edib.

Məsələ ilə bağlı Mənzil İnşaatı Dövlət Agentliyindən Den.az-a  bildirildi ki, qurumun sərəncamında olan olan mənzillərin əldə edilməsi "Elektron hökumət" portalı üzərində "Güzəştli mənzil" sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Mənzillərin satışı ilə bağlı elan satışın başlayacağı gündən ən azı 30 gün əvvəl verilir. Qeyd olunan üsullarla güzəştli mənzillərin əldə edilməsi mümkün deyil. Oxşar hallarla üzləşdikdə vətəndaşlara dərhal hüquq mühafizə orqanlarına müraciət etmələri tövsiyə edilir.

Bu barədə XəzərXəbər-in hazırladığı reportajı təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar