Şəhid polkovnik-leytenant Elzamin Təhməzovun qızı Aysu Elzamin tam orta təhsil səviyyəsi (11 illik) üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticəsinə görə 282 bal toplayıb.
Den.az xəbər verir ki, bu barədə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova bildirib.
O, Aysu Elzaminin gələcəkdə həkimi peşəsinə yiyələnmək yolunda ilk uğura imza atdığını qeyd edib.
Azərbaycan Silahlı Qüvvələrinin şəhid polkovnik-leytenantı Elzamin Təhməzov 1979-cu il oktyabrın 26-da Bərdə rayonunun Şirvanlı kəndində anadan olub. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Akademiyanın məzunudur. ABŞ-da, Almaniyada, Pakistanda, İraqda, Sloveniyada və Türkiyədə keçirilən təlimlərdə iştirak edib. Həmçinin NATO təlimlərində Azərbaycanı təmsil edib.
Vətən müharibəsi başlayan zaman Elzamin Təhməzov briqadanın kəşfiyyat rəisi olub. O, Murov yuksəkliyi və Suqovuşan istiqamətində gedən ağır döyüşlərdə şücaətlər göstərib.
Polkovnik-leytenant E.Təhməzov 2020-ci il sentyabrın 29-da düşmən tərəfindən atılan minamiyot mərmisinin yaxınlığına düşməsi nəticəsində şəhidl olub.
"Vətən uğrunda" medalı ilə təltif edilib.
Ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Suqovuşanın azad olunmasına görə" medalı, "Vətən uğrunda" medalı ilə təltif edilib.
Qeyd edək ki, şəhidimizin iki qız övladı yadigar qalıb.
Şəhid polkovnikin qızı buraxılış imtahanında yüksək bal toplayıb

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.