Qusar şəhərinin mərkəzi küçələrinin yolları bərbad vəziyyətə düşüb.
Bu barədə "Den.az" - ın Şimal bürosuna yerli sakinlər məlumat veriblər.
Təmizlik imandan gələr deyiblər. Asfalt yol həm təmizlikdir həmdə mədəniyyət.
Qusar şəhərində birneçə küçəyə asfalt örtük döşənsə də, şəhərin Əmir Mustafayev və Tolstoy küçələrinə asfalt örtüyü döşənməyib.
Bu küçələrdə yaşayan sakinlər bildirirlər ki, küçələrin şəhərin mərkəzində yerləşməsinə baxmayaraq asfaltlanmaması bir sıra problemlərə yol açıb. Şəhərə bir qədər qar və yağış yağan kimi sözügedən küçələr palçıqlı yollara çevrilir və burada həm piyadaların, həm də nəqliyyat vasitələrinin hərəkəti xeyli çətinləşir. Məktəbə gedən təmiz geyimli məktəblilər isə bu küçələrdən keçərkən mütləq palçığa bulaşırlar.
Onlar qeyd edib ki, yolların təmir olunması ilə bağlı müxtəlif vədlər verilsə də, indiyədək əməli olaraq heç bir tədbir görülməyib.
Dəfələrlə bu problemlə bağlı Qusar Rayon İcra Hakimiyyətinə müraciət etdiklərini bildirən sakinlər, hətta, bununla bağlı qəbulda da olduqlarını bildiriblər. Yekunda isə "Nəzərimizdədir!" - cavabını alıblar.
Sakinləri çaş-baş salan vəziyyət kənardan baxanları da "mat qoyur".
Hamıda bir sual yaranır. Ətraf ərazilərdəki küçələr asvaltlanıb, bəs bu sözü gedən küçələri niyə asfaltlanmadı?
Sakinlərin gündəlik həyatına çətinlik yaradan yolsuzluq probleminə birbaşa cavabdeh olan Qusar Rayon İcra Hakimiyyətindən bildirildi ki, növbəti ildə də həmin küçələrdə yol təmiri işləri aparılacaq:
"Yolların asfaltlanması ilə bağlı qeyd edək ki, ayrılan maliyyə vəsaiti hesabına rayon ərazisində 2024-cü il ərzində 8 küçəyə asfalt örtüyü çəkilib. Yol təmirində qalan ara yollar da bu il asfaltlanacaq. Bundan sonra da bu istiqamətdə işlər görüləcək."
Aidiyyəti qurumun bu şablon cavabı yəqin ki, yaxın zamanda gerçəkləşər. Sakinlər asfalt küçəyə qovuşarlar.
Nüşabə Baxşıyeva
Qusar şəhərinin mərkəzi küçələrində uzun müddətdir yol problemi həllini tapmır-FOTOLAR

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.