Bakıda Əlilliyi Olan Uşaqları Niyə Bir Araya Topladılar?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi və "İstedadlı Əlillər"ictimai birliyinin təşkilatçılığı ilə Sabunçu rayonunda 18 yaşınadək fiziki məhdudiyyətli 100 nəfər uşağın iştirakı ilə "Novruz Bayramı"şənliyi keçirildi.
İlk olaraq dövlət himni səsləndirildi və eyni zamanda şəhilərimizin ruhuna hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra İstedadlı Əlillər İctimai Birliyini sədri Qubad Qasımov tədbir haqqında geniş məlumat verdi o, bildirdi ki tədbirin keçirdilməsində məqsəd xüsusi qayğıya ehtiyac duyulan uşaqların sosiallaşmasına, cəmiyyətə faydalı olaraq inteqrasiyasına və onların əylənərək milli bayramı birgə qeyd etmələrinə imkan yaratmaqdır.
Ölkə Prizdentinin tapşırığına əsasən Azərbacanın bütün bölgələrində geniş miqiyaslı sosial layihələrin həyata keçirilməsi, şəhid övladlarına, eləçədə əliliyi olan şəxslərə xusisi diqqətin ayrılması ilə bağlı ƏƏSMN-nin tabeliyində SXA-yi tərəfindən Bakı, Abşeron, Sumqayıt və Respubilikanın digər şəhər və rayonlarında Şəhid övladlarına eyni zamanda 18 yaşınadək əlilliyi müyyən edilmiş uşaqlar üçün Novruz şənliyinin təkil olunması təmin olunub.
Dövlətin xüsusi uşaqlara qayğı və diqqəti hər zaman olduğu kimi Baharın gəlişini qeyd etdiyimiz Novruz bayramında da bizimlədir.
Əlilliyi müəyyən edilmiş uşaqların cəmiyyətə faydalı vətəndaş olması İstedadlı Əlillər İctimai Birliyinin əsas məqsədidir.
Tədbirdə SXA-nin Sabunçu rayon filyalının sədir müavini Aydın Məmmədov çıxış edərək tədbir iştakçıların salamladı Novruz Bayramı münasibəti ilə təbrik etdi.
Tədbir musiqi proqramı, əyləncəli viktorina, kosa, keçəl və bahar qızının şən zarafatları ilə davam etdi.
Sonra İstedadlı Əlillər İctimai Birliyinin musiqi istedadı olan üzlərinin ifası tədbirə xoş ovqat bəxş edib. Sonda tədbirdə iştrak edən 120 nəfər 18 yaşınadək əliliyi müəyyən olunmuş uşaqlara Novruz hədiyyələri paylandı.
Tədbirdə iştirak edən uşaqların valideyinləri bu kimi tədbirlərin təşkil edilməsində ƏƏSMN-tabeliyində Sosial Xidmətlər Agentliyinə minnədarlığlarını bilditdilər.
Bakıda əlilliyi olan uşaqları niyə bir araya topladılar?-VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.