apr
2024
09:00
1 323

Vətən Müharibəsi Şəhidi Elçin Həsənlinin adı bu Mərkəzə verildi-FOTO/ VİDEO

8 apr, 2024
09:00
1 323

Vətən Müharibəsi Şəhidi Elçin Həsənlinin adı bu Mərkəzə verildi-FOTO/ VİDEO

Xırdalan şəhərində ilk dəfə olaraq "Uşaq İnkişaf Konfransı 2024" adı altında tədbir keçirilib.

"Den.az" xəbər verir ki, Abşeron Rayon Mədəniyyət Mərkəzində təşkil edilən tədbirin əsas məqsədi uşaqların inkişafında rast gəlinən pozuntuların aradan qaldırılması və bu sahədə müxtəlif maarifləndirmə işləri aparmaqdan, mütəxəssisləri bu sahəyə yönəltməkdən ibarətdir.

Tədbirin keçirilməsində əsas təşkilati dəstəyi ölkəmizdə inklüziv uşaqlar üçün fəaliyyət göstərən "Elchin Preschool Tədris və Erkən Müdaxilə Mərkəzi" və Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şura göstərib.
Tədbirdə həmçinin Vətən Müharibəsi Şəhidlərinin ailə üzvləridə yaxından iştirak ediblər.

Mütəxəssislər mövzu ətrafında çıxışlar ediblər. Qeyd edilib ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd hər hansı bir məhdudiyyəti olan şəxslərin cəmiyyətə bərabərhüquqlu şəxs kimi təqdim etməkdən ibarətdir.

Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova öz çıxışı zamanı hər kəsi duyğulandırıb. Xatirə İsmayılova Şəhid olan övladının adını daşıyan Tədris Mərkəzində uşaqlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirib. 

Tədbir zamanı " Elchin Preschool Tədris və Erkən Müdaxilə Mərkəzinin" İcraçı direktoru Defektoloq-Loqoped Elşən Hüseynovun "Autizm üçün Oyun Rəhbəri" adlı kitabının təqdimatı keçirilib.Yazıçı, tərcüməçi və redaktor Cəlil Cavanşir tərəfindən şeirlər səslənib.

"İstedadlı Əlillər" İctimai Birliyinin üzvlərindən olan sağlamlıq imkanları məhdud gənclər müxtəlif janrlarda rəqs və musiqi nömrələri nümayiş etdiriblər.

Sonda tədbir iştirakçılarına sertifikatlar təqdim edilib.

Şahnaz Əliyeva
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar