dek
2023
14:42
318

"Məndə Bir Ulduzam"-ƏLİL XANIM ELƏ İFA ETDİ Kİ...FOTO/VİDEO

2 dek, 2023
14:42
318

"Məndə Bir Ulduzam"-ƏLİL XANIM ELƏ İFA ETDİ Kİ...FOTO/VİDEO

Abşeron Rayon İcra Hakimiyyəti  yanında İctimai Şuranın dəstəyi  və  İstedadlı Əlillər İctimai Birliyinin təşkilatçılığı ilə 3 Dekabır Beynəlxalq Əlillər Günü münasibətilə təşkil olunmuş  "Məndə Bir Ulduzam"adlı tədbir təşkil olunub.

Tədbirdə Dövlət himni səsləndirildi  və Azərbaycanın Ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq sükutla yad edilib.


Tədbiri giriş sözləri ilə başlayan İstedadlı Əlillər İctimai Birliyinin sədri Qubad Qasımov öncə qonaqları salamladı və tədbirin mahiyətindən danışaraq qeyd etdiki,Bütün dünyada hər il dekabrın 3-də Beynəlxalq Əlillər Günü qeyd olunur. Bu barədə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub. Bu günün məqsədi ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunmasına nail olmaq və ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdən ibarətdir.


 Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Şəhid Elçin Həsənlini anası Xatirə İsmayılova çıxış edərək bildirdiki,Ölkə Prizdentinin sosial təbəqələrdən olan vətəndaşların  cəmiyyətə inteqrasiyası,sosial rifahı və ölkə vətəndaşları ilə bərabər hüquqa malik olması ilə bağlı sərəncamlar,təqaüd və müavinatların artırılması,sosial layihələrin həyata keçirdilməsi,Şəhid ailələrinin,Qazilərin və əliliyi olan şəxslərin mənzillə təmin olunması daim diqqət mərkəzində olub və bu danılmazdır.Bizdə vətəndaş cəmiyyəti olaraq öz bacardığımz qədər bu sahədə əlimizdən gələni əsirgəməməliyik.


Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti  başçısının müavini Gülnar Rəhimova, Milli Məcilisin deputatı Aqil Məmmədov çıxış edərək bildirdilər ki bu kimi tədbirlərin keçirilməsi vacib və əhəmiyətlidir. Azərbaycan dövləti BMT-üzv olduğu gündən ölkənin bütün bölgələrində 3 Dekabr Beynəlxalq Əlillər Günü yüksək səviyədə təşkil olunur.


 Tədbir İstedadlı Əlillər İctimai Birliyinin musiqi təsili olan əliliyi olan şəxslərin və tanınmış Əməkdar artistlərin ifasında konsert proqramı ilə davam etdirilib. Əliliyi olan səxlərin ifalarında səsləndirlən musiqilər alqışlarla qarşılandı,eyni zamanda Əliliyi olan şəxlərin əli işlərindən ibarət sərgi numayiş olundu.


Sonda Əlillər İctimai Birliyi adından iştirakçılara təşəkkür edilib, əliliyi olan musiqiçilərə hədiyə və təşəkürnamə təqdim olunub.


Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar