Şəhərin müxtəlif ərazilərində fəaliyyət göstərəcək məhəllə komitələrinin formalaşdırılması məqsədilə Sumqayıt Bələdiyyəsi tərəfindən seçki prosesinə start verilib.
Den.az xəbər verir ki, şəhər ərazisində ilk seçki Yeni Yaşayış Massivi - Yaşıl Dərə ərazisindəki 8-ci məhəllədə baş tutub.
Məhəllə komitələri sakinlərə şəhər həyatında daha yaxından və fəal iştiraka rəvac verir, öz məhəlləsinin ictimai-sosial problemlərini Bələdiyyə səviyyəsində qabartmağa imkan yaradır.
Qeyd edək ki, hər bir Sumqayıt sakini öz məhəllə komitələrinin formalaşdırılmasında seçki vasitəsilə iştirak edə bilər.