Sumqayıt şəhərində ictimai özünüidarəetmənin daha da gücləndirilməsi və bələdiyyə-vətəndaş əlaqələrinin möhkəmləndirilməsi məqsədilə növbəti mühüm addım atılıb.
Den.az xəbər verir ki, şəhərin müxtəlif ərazilərində fəaliyyət göstərən məhəllə komitələrinə yeni nümayəndələr seçiləcək. Bu münasibətlə Sumqayıt şəhər Ağsaqqallar Şurasının binasında Sumqayıt Bələdiyyəsinin təşəbbüsü ilə xüsusi görüş təşkil olunub.
Sumqayıt şəhəri Ağsaqqallar Şurasının sədri Təbrik Quliyev görüşdə çıxış edərək,məhəllə komitələrinin fəaliyyətində ağsaqqal nəslin tövsiyələrinin nəzərə alınmasının əhəmiyyətini vurğulayıb.O, bu strukturun təkcə idarəetmə baxımından deyil,həm də milli-mənəvi dəyərlərin yaşadılması baxımından böyük əhəmiyyət daşıdığını bildirib.
Eyni zamanda,Sumqayıt şəhər Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Sovet Şükürov da tədbirdə iştirak edərək,bələdiyyənin bu təşəbbüsünü yüksək qiymətləndirib.O bildirib ki, təşkilat olaraq hər zaman Sumqayıt Bələdiyyəsinin fəaliyyətinə dəstək göstərməyə hazırdırlar və bu tip təşəbbüslər şəhərin ictimai həyatına müsbət təsir göstərir.
Görüşdə çıxış edən bələdiyyə sədri Adil Xudadatov yeni nümayəndələri təbrik edərək onların üzərinə düşən vəzifələrin önəmini vurğulayıb. O bildirib ki, hazırda Sumqayıtda 154 məhəllə komitəsi fəaliyyət göstərir və bu komitələrin hər birində təxminən 10-a yaxın fəal üzv cəlb olunub. Bu strukturun formalaşdırılmasında əsas məqsəd vətəndaşlarla bələdiyyə arasında birbaşa, operativ və şəffaf münasibətlərin qurulmasıdır.
“Bu nümayəndələr bizim gözümüz, qulağımız olacaq. Onlar yerlərdə sakinlərin problemlərini, sosial ehtiyaclarını, infrastruktur məsələlərini, eləcə də sosial rifaha dair təkliflərini toplayaraq bələdiyyəyə çatdıracaq. Beləliklə, biz problemləri daha çevik və vaxtında həll edə biləcəyik,” – deyə Adil Xudadatov bildirib.
Çıxış edən şəhər Ağsaqqallar Şurasının üzvləri də bu təşəbbüsü yüksək qiymətləndiriblər.Onlar qeyd ediblər ki,məhəllə komitələrinin gücləndirilməsi şəhərin sosial-iqtisadi həyatına,ictimai nizam-intizamın qorunmasına və vətəndaş cəmiyyətinin inkişafına ciddi töhfə
Görüşdə həmçinin şəhər məhəllələrində sosial, iqtisadi və ekoloji vəziyyətlə bağlı müzakirələr aparılıb. Sakinlərin kommunal xidmətlərlə təminatı, abadlıq işləri, məhəllədaxili yolların vəziyyəti, yaşıllaşdırma, ətraf mühitin qorunması və digər vacib məsələlər diqqət mərkəzində olub.
Çıxış edənlər öz təklif və təşəbbüslərini səsləndiriblər. Onlar bildiriblər ki, məhəllələrdəki bir çox problemlər vaxtında qeydiyyata alınsa da, icra ilə bağlı müəyyən gecikmələr yaşanır. Bu baxımdan yeni seçilən nümayəndələr sakinlərlə daha sıx ünsiyyətdə olacaq, operativ geribildirim sistemi yaradacaq və bələdiyyəyə daimi məlumat verə
Görüşdə çıxış edən şəhər Ağsaqqallar Şurasının üzvləri də bu təşəbbüsü yüksək qiymətləndiriblər. Onlar qeyd ediblər ki, məhəllə komitələrinin gücləndirilməsi şəhərin sosial-iqtisadi həyatına, ictimai nizam-intizamın qorunmasına və vətəndaş cəmiyyətinin inkişafına ciddi töhfə verəcək.
Sumqayıt Bələdiyyəsi qarşıdakı aylarda məhəllə komitələrinin fəaliyyətini koordinasiya etmək, onların təklif və qərarlarını ümumşəhər səviyyəsində dəyərləndirmək üçün yeni formatlar tətbiq etməyi planlaşdırır. Bu çərçivədə komitələrin mütəmadi hesabat verməsi, sakinlərlə müzakirə platformalarının təşkili və rəqəmsal əlaqə vasitələrinin tətbiqi nəzərdə tutulur.
Bu təşəbbüs Sumqayıtda yerli özünüidarənin daha da demokratikləşməsi və insanlara yaxınlaşdırılması istiqamətində atılmış mühüm addım kimi qiymətləndirilir.
Sumqayıt Bələdiyyəsinin bu kimi təşəbbüsləri şəhərdə sosial həmrəyliyin, ictimai fəallığın və vətəndaş iştirakı ilə idarəetmənin inkişafına mühüm töhfələr verməkdədir.