Azərbaycan Beynəlxalq Bankı aprel döyüşlərinin iştirakçısı , əlil Binnət Əsədovun sığorta pulunu mənimsəyib.
Den.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya danışan Binnət Əsədov deyib ki, dövlət ona 6600 manat sığorta pulu verib:
“Banka gedəndə dedilər ki, 3300 manatını mənim banka olan köhnə borcuma görə saxlanılır. Mən bankdan xahiş etdim, yalvardım ki, ayaqlarım çürüyür. Əməliyyat olunmalıyam. Amma buna məhəl qoyan olmadı”.
Hazırda çarəsiz durumda qalan Binnət Əsədov deyir ki, təcili əməliyyat olunmasa ömürlük yataq xəstəsi olacaq: “Dostlar sağ olsun, hesab nömrəmi sosial şəbəkələrdə paylaşıb. Xırda da olsa pullar köçürülür. Amma mən aidiyyatı qurumlardan xahiş edirəm ki, dövlətin mənə verdiyi pulu Beynəlxalq Bankın saxlamasına imkan verməsin”.
Qazinin problemi ilə bağlı Beynəlxalq Bankın mövqeyini öyrənmək cəhdlərimiz uğursuz oldu.
Ölkənin əsas banklarından biri olan ABB-in müharibə iştirakçısına bu münasibəti qınanmalıdır.
Bu bankın səhmlərində dövlətin də payının olmasını nəzərə alsaq, o zaman yüz milyonlarla vəsaiti ayrı-ayrı iş adamlarına verən, bankın vəsaitlərini talan etdirən rəhbərlik bir qazinin əməliyyat pulu olan 3300 manatına göz dikməsi qəbuledilməzdir.
Bank qazinin sığorta pulunu mənimsədi

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.