Xudat şəhərində iməclik keçirilib.
"Den.az"-ın Şimal bürosu xəbər verir ki, Xudat şəhərində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı tədbirlər çərçivəsində Xudat şəhər Mənzil Kamunal Təsərüfatı İdarəsi (MKTİ) tərəfindən növbəti iməclik keçirilib.
İməclikdə təsərrüfat xidmətinin əməkdaşları tərəfindən yaşayış massvlərində və həmçinin şəhərin mərkəzi küçələrində təmizlik işləri aparılmış, zibil tullantıları xüsusi texnikalar vasitəsilə təmizlənmiş, ərazidə olan alaq otları çıxarılmış və ərazi plastik tullantılardan təmizlənərək səliqə-səhman yaradılmışdır.
Onuda qeyd edək ki, Xudat şəhərində xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş iməcliklər və bu yönümdən olan aksiyalar ərazidə ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, şəhərin daha da gözəlləşməsi istiqamətində görülən işlərin davamı və həmçinin Xudatlıların Ulu öndərimizin əziz xatirəsinin yad olunmasına bir töhfə olmuşdur.
Mövsüm ərzində Xudat şəhərində Mənzil Kamunal Təsərüfatı İdarəsi (MKTİ) tərəfindən abadlıqla bağlı iməcliklər davam etdiriləcəkdir.
Nüşabə Mikayılqızı
Xudatda növbəti iməclik keçirilib - FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.