Kürdəmir şəhər 2 saylı tam orta məktəbini 1973 –cü ildə bitirmiş məzunları maraqlı təşəbbüs irəli sürüblər.Onlar məzun olduqları vaxtdan 53 il keçməsinə baxmayaraq bir araya gələrək öz xatirələrini duyğularını bölüşməyə nail olublar.Onların arasında müəllim, həkim musiqiçi və iş adamlarıda var.Amma buna baxmayaraq görüş vaxtı sanki onlar öz məsləklərini unudub keçmişin xatirələrini yaşadılar.Görüş zamanı məzunlar dünyasını dəyişmiş sinif yoldaşlarınıda unutmadılar və bir dəqiqəlik sükutla onları yad etdilər.Görüşdə onların ilk sinif rəhbərləri olan riyaziyat müəllimi Abutalıb Talıbovda 53 illik məzunlarla bağlı öz təssürratlarını bölüşməyi unutmadı.53 ildən sonra yenidən onlara riyaziyyat dərsi keçdi və bildirdi ki,bir vaxtlar parta arxasında əyləşən şagirdlər bu gün ölkəmizdə müxtəlif sahələrdə öz sözlərini deyib töhfələrini vermiş insanlardır.Təcrübəli pedaqoq onların bu gün bir araya gəlmətini isə çöx yüksək qiymətləndirdi.Tövsiyyə etdi ki bu cür ənənəni övladlarında aşılasınlar dostluq yoldaşlıq müqəddəs amildir deyə bildirdi.
Görüş zamanı 70 yaşlı məzunların bəziləri zarafat edir bəziləri xoş xatirələri yada salır bəziləri isə o vaxtlar müəllim şagird münasibətlərinin necə gözəl olduğundan danışır.Məktəbda görüş bitdikdən sonra məzunlar istirahət mərkəzlərinin birində sinif yoldaşları Elşad Qarayevin musuqilərinə qulaq asıb keçmiş xatirələrini yada saldılar.Qeyd edək ki, onlar bu görüş ənənəsini bundan sonra da davam etdirmək niyyətindədirlər.
AQİL ƏSƏDOV
Denmedia.az

