Bakı–Pirşağı–Sumqayıt–Bakı dəmir yolu xəttində bəzi qatarların hərəkətində gecikmələr yaranıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) məlumatına görə, buna güclü külək səbəb olub. Belə ki, külək “Zabrat-2” stansiyasındakı avtomobil körpüsünün qoruyucu çəpərlərini qoparıb.
Qopan konstruksiyalar dəmir yolu xətlərinin üzərinə düşərək qatarların hərəkətinə maneə yaradıb.
ADY əməkdaşları çəpərləri operativ şəkildə relslərdən kənarlaşdırıblar. Maneə aradan qaldırıldıqdan sonra qatarların hərəkəti bərpa olunub.

