12 
okt
2023
14:46
582

VƏLİ VƏLİZADƏ: Atam 44 Günlük Vətən müharibəsində düşməni bir əli ilə boğaraq öldürmüşdü-FOTO

12 okt, 2023
14:46
582

VƏLİ VƏLİZADƏ: Atam 44 Günlük Vətən müharibəsində düşməni bir əli ilə boğaraq öldürmüşdü-FOTO

Abşeronda şəhid Baş leytenant İlqar Vəliyevin 50 illik yubleyi qeyd edilib.

Den.az xəbər verir ki, Abşeron rayon Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirdə şəhidin doğmaları ilə yanaşı, İcra Hakimiyyətinin , hüquq mühafizə orqanlarının əməkdaşları, qazilər və rayon ictimaiyyəti yaxından iştirak ediblər.

 

Tədbirdə şəhidin keçdiyi döyüş yoluna, düşmən üzərindəki qələbəsinə nəzər salınıb.  Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, şəhid anası Xatirə İsmayılova, şəhidin oğlu Vəli Vəlizadə və digərləri çıxış edərək bildiriblər ki, 

44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan Ordusu işğal altındakı torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçdilər. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də məhz Baş leytenant İlqar Vəliyevdir. İlqar Vəliyev  27 sentyabr tarixində başlanan Vətən müharibəsinə könüllü olaraq kəşfiyyatçı kimi qatılıb. Cəbrayıl - Füzuli istiqamətində gedən döyüşlərdə düşmənin alınmaz hesab edilən postlarının alınmasında böyük şücaət göstərib, düşmənin xeyli canlı qüvvəsini məhv edib. O, şəhid olmazdan 1 həftə əvvəl yaralı əsgərini xilas edərkən ayağından özü də güllə yarası alır, lakin israrla yenidən döyüşə qayıdır. 21 Oktyabr tarixində Vətən müharibəsinin Füzuli cəbhəsində gedən döyüşlərdə düşmənlə əlbəyaxa döyüşüb, bir əliylə düşməni boğarkən, digər əliylə onu bıçaqlayaraq məhv edib. Elə həmin gün qəhramancasına vuruşaraq Şəhidlik zirvəsinə yüksəlib.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə medallarla təltif edilib.






 

 

 

 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar