noy
2023
18:54
283

Məktəblilər şəhid Milli Qəhrəman Şükür Həmidovun abidəsini ziyarət ediblər-FOTO/VİDEO

1 noy, 2023
18:54
283

Məktəblilər şəhid Milli Qəhrəman Şükür Həmidovun abidəsini ziyarət ediblər-FOTO/VİDEO

Abşeron -Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Saray qəsəbə 2 nömrəli tam orta məktəbin ibtidai sinif şagirdləri Şəhid Milli Qəhrəman Şükür Həmidovun Sumqayıt şəhərində abidəsini ziyarət ediblər. 

 

“Den.az” xəbər verir ki, təhsil müəssisəsinin 1A sinif şagirdləri əvvəlcə abidə önünə əklil qoyub, şeirlər söyləyiblər.

 

Saray qəsəbə 2 nömrəli tam orta məktəbin müəllimi Rəhimə Əliyeva abidə önündə çıxış edərək şagirdlərə Milli Qəhrəmanımız haqqında ətraflı məlumat verib. Bildirib ki, Şükür Həmidov öz doğulub boya başa çatdığı kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb . Polkovnik Şükür Həmidov Qubadlıda doğulmuşdu. 45 yaşında idi. O, Milli Qəhrəman idi və 2016-cı ilin "Aprel Döyüşləri"ndə Lələ Təpənin azad edilməsi uğrunda xüsusi fəaliyyətlərinə görə "Lələ Təpə fatehi" olaraq da tanınırdı. 

 

Daha sonra Milli Qəhrəmanın qardaşı Əsəd Həmidov və 44 Günlük Vətən müharibəsi iştirakçısı Fərhad Həzizadə çıxış edərək , torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik məqamına ucalan bütün şəhidlərə Allahdan rəhmət dilədilər. Saray qəsəbə 2 nömrəli tam orta məktəbin pedeqiji kollektivinə göstərdikləri diqqətə görə, minnətdarlıqlarını ifadə etdilər.

 

Məktəbin şagirdləri sonra Milli Qəhrəmanın ev muzeyi  ilə yaxından tanış oldular. Şəhidin anasına 1 A sinif adından hədiyyə təqdim edilib. Məlumat üçün bildirək ki, Şəhid Milli Qəhrəman Şükür Həmidov ölümündən sonra  Prezidentinin Sərəncamına əsasən, “Zəfər” ordeni, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar