18 
yan
2024
12:30
163

Qubada Polis Akademiyasına qəbulla bağlı növbəti görüş keçirilib-FOTOLAR

18 yan, 2024
12:30
163

Qubada Polis Akademiyasına qəbulla bağlı növbəti görüş keçirilib-FOTOLAR

Daxili İşlər Orqanlarının əməkdaşları mütəmadi olaraq ölkənin bütün şəhər və rayonlarında orta məktəb şagirdləri ilə vətənpərvərlik mövzusunda, eləcə də DİN Polis Akademiyasında təhsilə təşviqlə bağlı  görüşlər keçirirlər.

Den.az xəbər verir ki, bu dəfəki  görüş isə  Quba  rayonunun Digah kənd tam orta məktəbinin şagirdləri ilə  baş tutub.

Görüşdə çıxış edən Quba RPŞ-nin rəisi, polis polkovniki Mehman Əliyev  məktəblilərə sağlam həyat tərzinin təbliği, eləcə də onlarda vətənpərvərlik hissinin daha da yüksəldilməsi, xalqımızın tarixi keçmişi, ölkəmizdə yaradılan sabitlik, asayiş barədə danışıb. O, ölkəmizin daxili işlər orqanlarının və Polis Akademiyasının tarixi, vətənə xidmətin şərəfli olması barədə yeniyetmə və gənclərimizlə söhbətlər aparıb.

Həmçinin, çıxış edən RPŞ-nin rəisinin şəxsi heyət üzrə köməkçisi Rüstəm Hüseynov ali təhsil almaq arzusunda olan abituriyentlərə Polis Akademiyası barədə ətraflı məlumat verib, qocaman təhsil müəssisəsinin ölkəmizdə savadlı kadrların yetişməsində, daxili işlər orqanlarının hüquqşünaslarla təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb. O, gənclərimizin hərtərəfli inkişafı üçün yaradılan müasir şərait, zəngin kitabxanalar, xarici dil kursları, laboratoriyalar, yataqxanalar, idman və atıcılıq yerləri, habelə asudə vaxtlarının səmərəli təşkili məqsədilə görülən işlərdən danışıb.
Sonda şagirdlərin sualları cavablandırılıb və iştirakçılara Polis Akademiyasının fəaliyyətini özündə əks etdirən qısametrajlı tanıtım videoçarxı göstərilib.


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar