Abşeron Rayonu Ceyranbatan qəsəbəsi İnzibati ərazisində quruculuq və abadlıq işlərinə start verilib.
"Den.az" xəbər verir ki, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin taprıqlarına əsasən , görülən işlərin tərkib hissəsi olaraq , qəsəbənin "Atatürk" parkında təmir tikinti işlərinə başlanılıb.
Belə ki, işıq dirəkləri digərləri ilə əvəzlənir, uşaqlar və yaşlılar üçün nəzərdə tutulmuş skamyalar yenilənir, söhbətgahlar qurulur və ağacların dibləri bellənir.
Bundan əlavə Parkda olan döşəmə yenisi ilə əvəzlənir. Yaxın günlərdə isə uşaqlar üçün atraksiyonların quraşdırılması nəzərdə tutulub. Parkda yerləşən qəsəbə "Şəhidlər" Memorial kompleksində də bir sıra işlər görülür.
Ceyranbatan qəsəbəsi abadlaşdırılır-FOTOLAR

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.